Nigeriyada uşaq evindən 23 uşaq qaçırılıb

Silahlı şəxslər mərkəzi Nigeriyanın cənubunda Kogi ştatındakı “Dahallukitab School Group” uşaq evindən 23 uşağı qaçırıblar.

Təxminən 15 uşaq xilas edilib, səkkiz uşaq isə itkin düşmüş hesab olunur. Bu barədə hakimiyyət orqanları bazar ertəsi bildirib.

Nigeriyada müntəzəm olaraq kütləvi oğurluqlar baş verir. Bu hadisələr adətən fidyə tələb edən və təhlükəsiz olmayan kənd yerlərində həssas qrupları hədəf alan cinayətkar dəstələr tərəfindən törədilir.

Kogi ştatının informasiya komissarı Kingsli Fanvonun sözlərinə görə, uşaq evi direktorunun həyat yoldaşı da qaçırılıb.

“Qalan səkkiz qurbanın azad edilməsi və cinayətkarların tutulması üçün intensiv əməliyyatlar aparılır”, - deyə bəyanatda əlavə edilib.
  • Sosial şəbəkədə paylaş