Ağ Ev: Şənbə günü baş verən hadisə Trampa qarşı sui-qəsd cəhdi olub

ABŞ administrasiyası şənbə günü Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən qəbulda baş verən hadisəni sui-qəsd cəhdi hesab edir.

Bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

"Bu gün buraya gəlib suallarınızı cavablandırmağı və ABŞ administrasiyasının prezident Trampa qarşı bu son sui-qəsd cəhdinə cavab olaraq gördüyü tədbirlər barədə ölkə ictimaiyyətini məlumatlandırmağı məqsədəuyğun hesab etdim", - o bildirib.

Livitt onu da əlavə edib ki, cinayətkar prezidenti və mümkün qədər çox administrasiya rəsmisini öldürmək niyyətində olub.
  • Sosial şəbəkədə paylaş