Oslo və Kiyev Ukrayna dronlarının Norveçdə istehsalı ilə bağlı müqavilə imzalayıb

Müqavilə Kiyevdə Norveçin Ukraynadakı səfiri Lars Raqnar Hansen və Ukrayna müdafiə nazirinin müavini Sergey Boev tərəfindən imzalanıb.

Kiyev Norveçdə istehsal olunan ilk dronları yayadək ölkəyə tədarük etməyi planlaşdırır.

Norveç müdafiə naziri Tore Sandvikin sözlərinə görə, bu müqavilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində vacib və konkret addımdır.
  • Sosial şəbəkədə paylaş