Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrı Esxilin "Zəncirlənmiş Prometey" tamaşasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl çıxış edən Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov iki ölkə arasındakı mədəni əlaqələrdən danışıb. Qeyd edib ki, tamaşanın Bakı premyerası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki milli teatr arasında imzalanan əməkdaşlıq haqqında memorandum çərçivəsində reallaşıb.
İkihissəli faciəli fantaziya tamaşasının müəllifi və quruluşçu rejissoru, dünyaşöhrətli rejissor Robert Sturua teatrda çıxış etdikləri üçün məmnunluğunu bildirib. “Əvvəlki qastrollarımız burada hər zaman böyük uğurla keçib. Qırx ildən artıqdır ki, bizi dəstəkləyən Azərbaycan tamaşaçısını məyus etmək istəmirik”, - deyə o əlavə edib.
Daha sonra qonaqlar tamaşanı izləyiblər. Tamaşanın baş rollarında Levan Xurtsia, Manana Abramişvili, Nino Arsenişvili və digər tanınmış aktyorlar - Qoga Barbakadze, Luka Quledani, Buka Tolordava və s. çıxış edirlər. Əsərin tərcüməsi Nino Kantidzeyə, səhnə tərtibatı Ana Ninua, Merab Merabişvili və Robert Sturuaya məxsusdur. Kostyumlar üzrə rəssam Ana Ninua, musiqi tərtibatçısı Svimon Canqulatşvili, xoreoqraf Kote Purtseladze, rejissor assistenti isə Tea Marqvelaşvilidir.
Səhnə əsəri antik faciənin klassik statikliyindən uzaqlaşaraq, onu müasir insanın daxili iztirabları ilə vəhdətdə təqdim edir. Prometey obrazı burada həm bəşəriyyətin fədakar xilaskarı, həm də dərin tənhalıq yaşayan bir qəhrəman kimi canlandırılır.