İsveçdən Ukraynaya böyük yardım

İsveç Müdafiə Nazirliyi 2022-ci ildən bəri Ukraynaya ən böyük yardım paketi ayırmağa qərar verib.

Söhbət 1,23 milyard dollarlıq yardım paketindən gedir.

Yeni 18-ci paketin ayrılması barədə mətbuat konfransında İsveçin müdafiə naziri Pol Conson məlumat verib.

Nazirin sözlərinə görə, hakimiyyət Kiyevi xüsusən də artilleriya yardımı, həmçinin pilotsuz uçuş aparatları ilə təmin etmək niyyətindədir.
  • Sosial şəbəkədə paylaş