ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp İtaliyanın şimalında yerləşən Venesiya lagünündə nadir quş növlərini ovlamaqda şübhəli bilinir.
Veneto bölgəsinin regional şurasının üzvləri iddia edirlər ki, “Qlobal Macəra Ovçuluğu” adlı internet saytında yayımlanan videoda kiçik Tramp qorunan ərazidə ovladığı quşları nümayiş etdirir. Məlumata görə, sözügedən ov zamanı qırmızıboğaz qaz kimi tanınan nadir quş növü hədəf alınıb.
Qeyd edək ki, qırmızıboğaz qaz Avropada nadir rast gəlinən və qorunan quş növlərindən biridir. Bu cür quşların ovlanması ciddi qanun pozuntusu hesab olunur və ətraf mühitin qorunması ilə bağlı qaydaların pozulması kimi qiymətləndirilir.
Hadisə ilə bağlı İtaliya hakimiyyət orqanları tərəfindən araşdırma aparılması gözlənilir.