“Əgər bu, sülhə nail olmağın yeganə yoludursa, o zaman Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa hazıram”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
“Əgər bu, yeganə konfiqurasiyadırsa, o zaman ukraynalılar üçün sülh əldə etmək və insanları itirməmək naminə biz buna gedəcəyik”, - deyə Zelenski bildirib. O əlavə edib ki, Kreml rəhbəri ilə şəxsi əlaqə bu halda heç bir əhəmiyyət kəsb etmir: “Onu düşmən hesab edirəm və düşünürəm ki, o da məni düşmən sayır”. “ABŞ Ukraynadakı müharibədən milyardlarla gəlir və əvəzsiz döyüş təcrübəsi əldə edib”. Bunu da Ukrayna Prezidenti müsahibəsində deyib. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibənin yaratdığı böyük tələbat səbəbindən son 50 ildə ən yüksək qiymətə silah müqavilələri bağlayıblar: “Bütün Avropa ölkələrinin buna tələbatı var. İnsanlar qorxurlar. Bu, nəhəng pullardır. Amerika şirkətləri hətta lisenziyalardan da milyonlar qazanıblar, çünki onların Avropada ofisləri var. Ona görə də bu, milyardlarla gəlir deməkdir”.
Bundan əlavə, dövlət başçısı Ukraynada inkişaf etdirilən texnologiyaların Qərb ölkələrinin istifadəsinə verildiyini vurğulayıb. Onun dediyinə görə, xüsusilə Birləşmiş Ştatlar müasir genişmiqyaslı quru müharibəsində təcrübə qazanıb. Özü də təkcə kəşfiyyat məlumatlarından deyil, həm də Amerika silahlarından istifadə edən hərbçilərin təcrübəsindən yararlanıb: “Hansı Amerika silahları işləyir, nə işləmir, nə effektivdir. Biz özümüz Rusiya texnikasına, elektrik şəbəkəsinə və hərbi hədəflərinə qarşı ABŞ-da olmayan PUA-lar hazırlamışıq”.
“Rusiya ilə müharibədə 45 min 100 nəfərə yaxın ukraynalı həlak olub”. Zelenski açıqlayıb. Bundan əlavə, prezident yaralıların sayını açıqlayıb. Onun sözlərinə görə, söhbət təxminən 390 min yaralıdan gedir: “Elə insanlar var ki, yaralanıb, sonra cəbhə xəttinə qayıdıb və yenidən yaralanıb. Yəni yaralanma sayı yaralıların sayından çoxdur”. O əlavə edib ki, əsir götürülən ukraynalı müdafiəçilərin dəqiq sayı məlum deyil. Ancaq söhbət minlərlə insandan gedir. Döyüşlər zamanı minlərlə insan da itkin düşüb. Onların başına nə gəldiyi dəqiq məlum deyil". Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı jurnalist Taker Karlsonun Rusiya lideri Vladimir Putin üçün işlədiyini iddia edib. “Taker Putin üçün işləməyi və ona yaltaqlanmağı dayandırmalıdır”, - o bildirib.
Ukrayna liderinin açıqlamalarında ritorikanın dəyişdiyi müşahidə olunur. Əvvəla, Putinlə dialoqa hazır olduğunu bildirir. Halbuki Rusiyanın gələcək prezidenti ilə danışacağını demişdi və imzaladığı fərmana əsasən, Moskva ilə dialoqa veto qoyulub. İndi isə məlum olur ki, sülh naminə tet-a-tet görüşə razıdır. Hərçənd Kreml lideri bildirmişdi ki, Zelenski qeyri-legitim prezidentdir və yeganə qanuni orqan Ali Radadır. Bununla yanaşı, Putin Zelenskinin də danışıqlarda iştirakını istisna etməmişdi. Habelə, bu açıqlamalarda ABŞ-a da ittihamlar var. Xüsusən də müharibədən milyardlar qazanmasına kinayə ilə vurğu edir.