Türkiyədə güclü zəlzələ oldu

Egey dənizində ard-arda zəlzələlər baş verməyə davam edir.

Son olaraq, bölgədə 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanların dərinliyi 7 km olub.

Zəlzələ bölgədə narahatlığa səbəb olsa da, hələlik dağıntı və ya tələfatla bağlı rəsmi açıqlama verilməyib. Mütəxəssislər bölgədəki seysmik aktivliyin davam edə biləcəyini bildirirlər.
  • Sosial şəbəkədə paylaş