Argentina ABŞ-ın ardınca Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxmağa hazırlaşır. Bu barədə ölkə prezidentinin sözçüsü Manuel Adorni jurnalistlərə bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkənin ÜST-dən çıxması ilə bağlı fərmanlar imzalayıb. Yeni administrasiya hesab edir ki, ÜST səmərəsizdir, siyasi təsir altındadır (Çindən söhbət gedir – red.) və ABŞ-dan həddən artıq maliyyə tələb edir.
“Prezident Miley Xarici İşlər Nazirinə Argentinanın Ümumdünya Səhiyyə Təşkilatındakı iştirakını dayandırmağı tapşırıb”, - Adorni bildirib.
Onun sözlərinə görə, təşkilatın işi xüsusilə pandemiya zamanı səhiyyə sisteminin necə idarə olunması ilə bağlı dərin fikir ayrılıqları yaradıb. “Biz argentinalılar beynəlxalq təşkilatın suverenliyimizə, ələlxüsus da sağlamlığımıza müdaxilə etməsinə icazə verməyəcəyik”, - sözçü vurğulayıb və əlavə edib ki, Argentina ÜST-dən maliyyə almır və buna görə də təşkilatdan çıxmaq ölkə üçün vəsait itkisi ilə nəticələnməyəcək və ya xidmətlərin keyfiyyətinə təsir etməyəcək.