Pakistan Hindistanın Pəncab əyalətini RAKETLƏ VURDU

Hindistanın Pəncab ştatının Amritsar şəhərində güclü partlayış baş verib.

Şahidlər və yerli media raketlərin şəhər üzərində uçduğunu və bir neçə güclü partlayışın baş verdiyini bildirirlər. İddialara görə, hücum Pakistandan buraxılmış ballistik raketlərlə həyata keçirilib və hədəf kimi Amritsar beynəlxalq hava limanı göstərilir.

Media xəbər verir ki, eyni zamanda Batala şəhəri yaxınlığında da partlayış səsləri eşidilib. Hazırda Hindistan təhlükəsizlik orqanları və təcili yardım qüvvələri əraziyə cəlb olunub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Görüntüləri təqdim edirik:
  • Sosial şəbəkədə paylaş