Yeni papa seçildi: Vatikan meydanında minlərlə insan sevinclə ayağa qalxdı

Yeni seçilən Roma Papasının kimliyi məlum olub.

"Reuters"ə istinadən xəbər verir ki, amerikalı kardinal Robert Frensis Prevo Roma Papası seçilib.

O, XIV Leo adını alıb.

20:21
Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib.

“Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq səsvermənin keçirildiyi Vatikanda Sikstin kapellasında quraşdırılmış bacadan ağ tüstü qalxıb. Bu isə kardinalların ikigünlük konklavın ikinci günündə yeni papa seçdiklərinin işarəsidir.
  • Sosial şəbəkədə paylaş