İran hərbi təlimlər keçirib

ANA SƏHİFƏ

ARXİV

QƏZET

Kontaktlar
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

Bu dəfə İran başladı - hava məkanları bağlandı, raketlər uçdu

459 24.08.2025 15:53 A A
İran İsraillə müharibədən sonra ilk dəfə hərbi təlimlər keçirib. Maraqlıdır ki, bu həbi təlimlər gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmilərinin İranın uran ehtiyatları barədə prezident Donald Tramp administrasiyasını məlumatlandırmaq üçün ABŞ-a səfəri ərəfəsinə təsadüf edib.

Hərbi təlimlər səbəbindən İranın qərb bölgəsi mülki təyyarələr üçün demək olar ki, tamamilə bağlanıb. Hind okeanı və Oman körfəzindəki hərbi təlimlərdə dəniz, aviasiya və hava hücumundan müdafiə qüvvələri iştirak edib. Qeyd olunur ki, hazırkı manevrlər zamanı İran Hərbi Dəniz Qüvvələri İranın dənizdə yerləşən “Nasir” və “Qadir” qanadlı raketlərini, həmçinin quruda yerləşən gəmi əleyhinə “Qader” raketini uğurla sınaqdan keçirib.
  • Sosial şəbəkədə paylaş