Ukrayna robotu yaşlı qadını cəbhə xəttindən çıxardı

Ukrayna hərbçiləri təhlükəli bölgədə yaşlı qadının təxliyəsi üçün yerüstü robotdan istifadə ediblər.

Əməliyyat Üçüncü Ordu Korpusu tərəfindən həyata keçirilib.

Hadisə düşmən dronlarının aktiv olduğu riskli ərazidə baş verib.

Məlumata görə, hərbçilər qadını təhlükəsiz şəkildə ərazidən çıxarmaq üçün insansız yerüstü texnologiyadan yararlanıblar.
  • Sosial şəbəkədə paylaş