Hüquq-mühafizə orqanları protokola uyğun olaraq, bizdən binanı tərk etməyimizi tələb etdi və biz bunu dərhal edəcəyik.
Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində baş verən insidentlə bağlı yazıb.
O bildirib ki, 30 dəqiqədən sonra Ağ Evin brifinq otağında mətbuat konfransı keçirəcək. “Birinci xanım, vitse-prezident və bütün Nazirlər Kabineti üzvləri əla vəziyyətdədirlər. Yarım saatdan sonra sizinlə danışacağıq. Tədbirin bütün məsul nümayəndələri ilə danışdım və 30 gün ərzində tədbiri yenidən planlaşdıracağıq”,- deyə o qeyd edib.