İsrailin xəstəxanaya hava hücumu 15 nəfərin həyatına son qoydu

İsrailin Qəzzanın cənubunda yerləşən “Nəsir” xəstəxanasına həyata keçirdiyi hava zərbələri nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında 3 jurnalistin də olduğu bildirilir.

Bu barədə “Reuters” agentliyi fələstinli səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, həlak olan jurnalistlərdən biri – operator Husam əl-Məsri “Reuters” agentliyi ilə müqavilə əsasında çalışırdı. Digər əməkdaş – fotoqraf Hatem Xalid isə yaralanıb.
  • Sosial şəbəkədə paylaş