Ukraynada minalanmış ərazilərin sahəsi İngiltərənin ərazisindən böyükdür

Hazırda Ukrayna dünyanın ən çox minalanmış ölkələrindən biridir: onun təxminən dörddəbir ərazisi – İngiltərənin ərazisindən daha böyük bir sahə – minalanıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, müharibənin başlanmasından bəri partlayıcı qalıqlardan az qala 1000 nəfər zərər çəkib, onlardan 359-u həlak olub.

BMT eksperti Pol Heslop isə bildirir ki, Ukrayna ərazisi boyunca artıq bir milyondan çox mina yerləşdirilib.
  • Sosial şəbəkədə paylaş