ABŞ-da məktəbdə atışmada 3 nəfər ölüb, 20 nəfər yaralanıb

Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

Bu barədə ABŞ-ın Ədliyyə Departamenti açıqlama yayıb. Hadisə zamanı 20 nəfərin də xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.
  • Sosial şəbəkədə paylaş