Moskvada partlayış: polislər həlak olub

Dekabrın 23-dən 24-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərinin cənubundakı Orexovo-Borisovo rayonundakı Yeletskaya küçəsindəki polis bölməsinin yaxınlığında ölümlə nəticələnən partlayış baş verib.

Yol-patrul xidməti avtomobilində əldəqayırma partlayıcı qurğu partlayıb.

İlkin məlumatlara görə, həmin qurğu sərnişin oturacağı tərəfdən avtomobilin altında yerləşdirilib. Partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 2-si ağır yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Rusiya İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi açıb. Hadisə ilə əlaqədar şübhəlilərin axtarışı aparılır, kamera görüntüləri araşdırılır və şahidlər dindirilir.
  • Sosial şəbəkədə paylaş