Tacikistan-Əfqanıstan sərhədində silahlı hücum cəhdinin qarşısı alınıb. Terror təşkilatının üç üzvü qanunsuz olaraq Tacikistana daxil olub və döyüş əməliyyatı zamanı zərərsizləşdirilib.
Hadisə 23 dekabr axşamı baş verib. Saat 23:30 radələrində terrorçular dövlət sərhədini Şəmsiddin-Şoxi rayonunun Kavok ərazisində yerləşən "Sarçaşma" sərhəd dəstəsi tərəfindən mühafizə olunan ərazisində keçərək respublikaya daxil olublar.
Vaxtında görülən əməliyyat və istintaq tədbirləri nəticəsində silahlı şəxslər 24 dekabr saat 11:15-də tapılıblar. Onlar saxlanılarkən sərhədçilərin təslim olmaq tələblərini rədd ediblər və silahlı müqavimət göstəriblər. Agentliyin məlumatına görə, cinayətkarlar Tacikistanın sərhəd postlarından birinə hücum etmək niyyətində olublar.
Döyüş əməliyyatı zamanı hər üç terrorçu zərərsizləşdirilib. Hadisə yerindən odlu silahlar, o cümlədən M-16 tüfəngləri və “Kalaşnikov” avtomatı, səsboğuculu tapançalar, əl qumbaraları, gecəgörmə cihazları, partlayıcı maddələr və digər sursatlar götürülüb.
Sərhəd qoşunları hücumu dəf edərkən iki hərbçinin həlak olduğunu bildirib.
Bu, son bir ayda mülki şəxslərin və hərbçilərin ölümünə səbəb olan üçüncü silahlı hücum, terror aktı cəhdi və Əfqanıstandan qanunsuz sərhəd keçididir.
Agentlik bildirib ki, hadisə “Taliban” hökumətinin beynəlxalq öhdəlikləri və əvvəllər Tacikistanla sərhəddə təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də terrorçu qruplarla mübarizə aparmaq barədə verdiyi vədləri yerinə yetirmədiyini nümayiş etdirir.
Tacikistan sərhədçiləri sərhəd təhlükəsizliyini təmin etmək üçün bütün lazımi imkanlara malik olduqlarını və onu pozmaq cəhdlərinin qarşısını qətiyyətlə almağa davam edəcəklərini vurğulayıblar.
Hazırda sərhəddə vəziyyət sakit olaraq qalır və hadisə ilə bağlı araşdırma davam edir.