Suriyada İmam Əli məscidində PARTLAYIŞ: Ölənlər var

Suriyanın Homs şəhərindəki İmam Əli məscidində partlayış baş verib.

İlkin məlumatlara görə, Vadi əl-Dəhab məhəlləsindəki məscidin içərisində cümə namazı zamanı çoxlu sayda dindarın toplaşdığı bir vaxtda intiharçı-terrorçu partlayıcı qurğunu işə salıb.

Ölən və yaralananlar var.
  • Sosial şəbəkədə paylaş