Kiyevə kütləvi hava hücumu - dağıntılar və xəsarət alanlar var

Vitali Kliçkonun son açıqlamasına görə, Kiyevə edilən hava hücumu zamanı azı 11 nəfər yaralanıb.

Paytaxtın üçdəbiri hazırda işıqsız qalıb. V.Kliçko hava hücumu zamanı baş verən partlayışlar nəticəsində Kiyevin havasında çirklənmənin yüksək olduğunu da açıqlayıb. Əhalidən pəncərələri açmamaq və çoxlu su qəbul etmək tövsiyə olunub.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə bildirib ki, hazırda Kiyevin 10-a yaxın lokasiyasında dağıntılar qeydə alınıb. Bunların əksəriyyəti hündürmərtəbəli yaşayış binalarıdır.

Dağıntılar altında insanların qaldığı istisna edilmir.

Hava hücumu artıq 8 saatdan artıqdır davam edir.
  • Sosial şəbəkədə paylaş