Vladimir Putin Rusiyada tibbi xidmətin keyfiyyətinin və əlçatanlığının artırılmasının vacibliyini bəyan edib.
Dövlət başçısı bir neçə bölgədə yeni səhiyyə müəssisələrinin açılışında videokonfrans vasitəsilə iştirak edərkən bu istiqamətdə sistemli islahatların davam etdiriləcəyini bildirib.
Prezident vurğulayıb ki, müasir xəstəxanaların tikintisi və yenilənməsi ailələrin sosial rifahına birbaşa təsir göstərir və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, səhiyyə infrastrukturu yalnız böyük şəhərlərdə deyil, bütün regionlarda gücləndirilməlidir.
Putin həmçinin qeyd edib ki, rusiyalı tibb işçilərinin rahat və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi prioritet məsələlərdəndir. O, həkim və tibb personalının peşəkar fəaliyyətini dəstəkləmək, vətəndaşların isə vaxtında və keyfiyyətli tibbi yardım almasını təmin etmək üçün bütün zəruri addımların atılacağını deyib.
Dövlət başçısı çıxışı zamanı Rusiyada tibb işçilərinin əmək haqqı sisteminin təkmilləşdiriləcəyini də vəd edib. Onun sözlərinə görə, səhiyyə sahəsində çalışanların sosial təminatının gücləndirilməsi bu sahənin inkişafına müsbət təsir göstərəcək.
Putin əlavə edib ki, Moskva tibbdə rəqəmsal texnologiyaların tətbiqi baxımından ölkədə aparıcı mövqedədir və bu təcrübənin digər regionlara da yayılması planlaşdırılır.