Netanyahu: İranla qarşıdurma hələ bitməyib, “yeni inkişaflar” mümkündür

İranla qarşıdurma hələ bitməyib və bu istiqamətdə “yeni inkişaflar” istənilən an mümkündür.

Bu açıqlamanı İsrailin Baş naziri Binyamin Netanyahu ölkədə dövlət səfərində olan Argentina Prezidenti Xavyer Miley ilə Qüdsdə keçirdiyi birgə çıxış zamanı verib.

Netanyahu İranla qarşıdurmanı “ciddi çətinliklər və nəticələr dövrü” kimi xarakterizə edib: “Biz çox şeyə nail olmuşuq. Lakin bu, son deyil və istənilən an yeni inkişaflar baş verə bilər”, – deyə Baş nazir bildirib.
  • Sosial şəbəkədə paylaş