İran gəmilərin hansı şərtlər daxilində Hörmüz boğazından keçə biləcəyini açıqlayıb

Hörmüz boğazının idarəetmə planının yeni təfərrüatları məlum olub.

Bu barədə Mehr agentliyi İran parlamentinin Mülki Məsələlər Komitəsinin sədrinə istinadən məlumat yayıb.

Məlumata görə Hörmüz boğazından keçidin təmin olunması aşağıda göstərilən şərtlər daxilində baş tutacaq.

1. İsrailə məxsus və onunla əlaqəli hər hansı bir gəmi və ya yükün Hörmüz boğazından keçməsi qəti qadağandır.

2. Müharibə edən ölkələrdən gəmilərin keçidi ictimaiyyətin qərarı ilə qadağandır.

3. Müqavimət Cəbhəsinə qarşı düşmənçilik hərəkətləri edən ölkələrdən gəmilərin və ya yüklərin keçidi qadağandır.

4. Digər gəmilər icazə aldıqda və rəhbərlik, nəzarət və təhlükəsizlik haqqını ödədikdə keçidə icazə verilir.

5. Rüsumların ödənişi İranın milli valyutası (rial) ilə həyata keçirilir.

6. Müharibədə hər hansı dərəcədə iştirak edən hər hansı bir ölkə, dəymiş zərərin kompensasiyasını ödədikdən sonra keçidə icazə veriləcək.

7. İrana qarşı birtərəfli sanksiyalar tətbiq edən və ya hər hansı bir düşmənçilik hərəkəti edən hər hansı bir ölkə, fiziki və ya hüquqi şəxsin Hörmüz boğazından keçidinə qadağa qoyulur.

8. Sənədlərində və bəyanatlarında Fars körfəzindən başqa uydurma adlardan istifadə edən bir ölkənin donanmasının Hörmüz boğazında üzməsi qadağandır.

9. Rüsumların yığılmasından əldə edilən maliyyə vəsaitləri üç sahəyə xərclənəcək: ölkənin müdafiə qabiliyyətinin və silahlı qüvvələrin dolanışığının gücləndirilməsi; ölkənin infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi və xalqın dolanışığının təmin edilməsi.

10. Bu qanunların prinsiplərinə əməl edilməməsi qanun pozan gəminin ələ keçirilməsinə və yükünün dəyərinin 20%-i məbləğində cərimə və müsadirə olunmasına səbəb olacaq.
  • Sosial şəbəkədə paylaş