ABŞ telekommunikasiya sektoruna yeni məhdudiyyətlər tətbiq edərsə, Çin buna qarşı zəruri cavab tədbirləri görəcək.
Bu barədə Çin Xalq Respublikası (ÇXR) Ticarət Nazirliyinin bəyanatında bildirilib. Pekin Vaşinqtonu belə səhv təcrübələrdən dərhal əl çəkməyə, bazar qaydalarına hörmətlə yanaşmağa və müvafiq qərarları ləğv etməyə çağırıb. Nazirlik vurğulayıb ki, ABŞ Federal Rabitə Komissiyası texnoloji neytrallıq prinsipindən üz çevirir və milli təhlükəsizlik konsepsiyasından sui-istifadə edir. ÇXR-in iddiasına görə, yeni tədbirlər qlobal elektronika bazarında təchizat zəncirlərinin sabitliyini poza bilər.
Qeyd edək ki, bir müddət öncə ABŞ-nin tənzimləyici qurumu Birləşmiş Ştatlarla qarşılıqlı tanınma sazişi olmayan dövlətlərin test və sertifikatlaşdırma qurumlarının ölkə ərazisində fəaliyyətinə icazə verilmədiyi barədə yeni qaydaları açıqlayıb. Sənəd, həmçinin “qara siyahıya” salınan qurumların ABŞ ərazisində telekommunikasiya xidmətləri göstərmək hüququnu da ləğv edir.