Ukrayna Belarusla həmsərhəd olan Volın bölgəsində dairəvi müdafiə hazırlıqlarına başlayıb.
Bu barədə "Strana.ua" Telegram kanalı Kovel rayon administrasiyasının rəhbəri Andriy Çerenə istinadla məlumat yayıb.
“Bu, sərhəd ərazilərinə aiddir və sərhəddə təhlükə yarandıqda tam təxliyə ssenariləri də nəzərdən keçirilir”, - məlumatda deyilir.
Həmçinin Kiyev vilayətində də belə bir müdafiənin hazırlandığı bildirilib.
Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Belarusdan hücum ehtimalı barədə xəbərdarlıq edib. Belarus lideri Aleksandr Lukaşenko da öz növbəsində ölkəsinin Ukraynadakı münaqişəyə qarışmaq niyyətində olmadığını dəfələrlə bildirib. O əlavə edib ki, hərbi və ya mülki olaraq buna heç bir ehtiyac yoxdur.