Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Pakistanın Xayber Paxtunxva əyalətində mikroavtobusun park edilmiş sərnişin avtobusuna çırpılması nəticəsində 11 nəfər həlak olub, 7 nəfər yaralanıb.

Sinxua agentliyi xəbər verir ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Polis bildirib ki, avtobus Karaçidən Bunerə, mikroavtobus isə Ravalpindidən Dir şəhərinə gedirmiş. İlkin araşdırmaya görə, qəza sürücünün səhlənkarlığı nəticəsində baş verib.
  • Sosial şəbəkədə paylaş