Yunanıstan sahil mühafizəsi Krit adasının cənub sahilləri yaxınlığında 50 qeyri-qanuni miqrantın xilas edildiyini açıqlayıb.
Yerli media xəbər verir ki, miqrantların olduğu kiçik qayıq adanın cənub sahilində yerləşən İerapetra bölgəsindən təxminən 40 dəniz mili məsafəsində Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) təyyarəsi tərəfindən aşkar edilib. Bildirilib ki, daha sonra miqrantlar Yunanıstan sahil mühafizəsinə məxsus gəmi tərəfindən xilas edilərək İerapetra limanına çatdırılıblar.
Miqrantların vətəndaşlığı və sağlamlıq vəziyyəti barədə hələlik məlumat verilməyib.