ABŞ tarixinin ən qalmaqallı cinayət işlərindən biri hesab olunan maliyyəçi və seksual istismar şəbəkəsinin rəhbəri kimi tanınan Ceffri Epşteynin işi yenidən dünya mediasının əsas mövzularından birinə çevrilib. Epşteyn ətrafındakı suallar hələ də cavabsız qalır və araşdırmalar yeni istiqamətlərə yönəlir.
Musavat.com bildirir ki, son günlər ən çox diqqət çəkən xəbərlərdən biri milyarder Bill Qeytsin ABŞ Konqresində verdiyi ifadə olub.
Qeyts bildirib ki, 2011-2014-cü illərdə Epşteynlə bir neçə dəfə görüşüb. O, həmin görüşlərin məqsədinin xeyriyyə layihələrinə maliyyə cəlb etmək olduğunu desə də, sonradan bu əlaqələrə görə peşman olduğunu etiraf edib. Bill Qeyts bildirib ki, Epşteyn onun şəxsi həyatı barədə məlumatlardan istifadə edərək ona təzyiq göstərməyə çalışıb.
Bu açıqlamalar bir daha göstərir ki, Epşteyn təkcə cinayətkar şəbəkənin rəhbəri deyil, həm də dünyanın ən nüfuzlu insanları ilə əlaqələr quraraq öz təsir imkanlarını genişləndirən fiqur olub. ABŞ-nin Nyu-Meksiko ştatında yaradılmış xüsusi “Epşteyn Həqiqət Komissiyası” son günlər federal prokurorluqlara qarşı yeni çağırışlar göndərib. Məqsəd müəyyən etməkdir ki, müxtəlif illərdə Epşteynə qarşı niyə daha sərt ittihamlar irəli sürülməyib və hansı dövlət qurumları onun qorunmasına göz yumub.
Komissiya artıq ABŞ-nin müxtəlif ştatlarındakı prokurorluqlardan daxili yazışmaları tələb edir. Bu addım ABŞ-də uzun illərdir müzakirə olunan əsas suallardan birini yenidən gündəmə gətirib - Epşteyn təkbaşına fəaliyyət göstərirdi, yoxsa onun arxasında siyasi və maliyyə himayədarları vardı?
“Reuters” agentliyinin geniş araşdırması göstərib ki, Epşteynin qurbanlarından bir çoxu bu gün də təzyiqlərlə üzləşir. Onların bir hissəsi sosial şəbəkələrdə təhqirlərə məruz qaldıqlarını, digərləri isə hədələr aldıqlarını bildiriblər.
Araşdırmada qeyd olunur ki, bəzi qurbanlar illərlə davam edən psixoloji təzyiqlər səbəbindən ağır travmalar yaşayıblar. Bu faktlar göstərir ki, “Epşteyn işi” hüquqi müstəvidən çıxaraq artıq ictimai və mənəvi problemə çevrilib.
Epşteynin ən məşhur qurbanlarından biri hesab olunan Vircinia Cuffrenin ölümü ilə bağlı da yeni müzakirələr başlayıb. Onun ailəsi Avstraliyada rəsmi istintaqın genişləndirilməsini tələb edir. Ailə üzvləri hesab edirlər ki, hüquq-mühafizə orqanlarının bəzi hərəkətləri yenidən araşdırılmalıdır.
Cuffre illər boyu Epşteyn şəbəkəsinin ifşasında əsas fiqurlardan biri olub və onun ifadələri bir sıra yüksəkvəzifəli şəxslərin adlarının hallanmasına səbəb olmuşdu.
ABŞ Konqresi həmçinin Harvard və Bard universitetlərindən Epşteynlə bağlı bütün əlaqələrin açıqlanmasını tələb edib. Qanunvericilər hesab edirlər ki, bu təhsil ocaqları Epşteynin maliyyə dəstəyi və əlaqələrindən istifadə etməklə bağlı suallara tam cavab verməyiblər.
Bu fakt bir daha göstərir ki, “Epşteyn işi” təkcə cinayət hadisəsi deyil, ABŞ siyasi, maliyyə və akademik elitasının münasibətlər sistemini də ortaya çıxarır. “Reuters”in keçirdiyi sorğuya görə, amerikalıların cəmi 10 faizi hesab edir ki, hökumət “Epşteyn işi” üzrə bütün günahkarların məsuliyyətə cəlb olunması istiqamətində yetərli addımlar atır.
Respondentlərin böyük əksəriyyəti isə hesab edir ki, nüfuzlu şəxslərin bir hissəsi hələ də məsuliyyətdən yayına bilir.