Türkiyədə gecə muzeyçiliyinin yeni mövsümünə start verilib

Bu gündən Türkiyənin 20 muzey və arxeoloji abidəsində ziyarətçilər gündüzlə yanaşı, gecə də qəbul ediləcəklər.

Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.

O bildirib ki, Türkiyənin mədəni irsini günün hər saatında yaşanabilən və əlçatan etmək məqsədilə həyata keçirən gecə muzeyçiliyi layihəsi bu il də davam etdirilir.

“Ötən il eyni layihə çərçivəsində Türkiyənin tarixi məkanlarını 1 milyondan çox insan ziyarət edib. Bu yüksək maraq mədəni irsin fərqli saatlarda təqdim edilməsinin nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi”, - deyə Mehmet Nuri Ersoy diqqətə çatdırıb.

Layihə oktyabrın 1-dək davam edəcək.
  • Sosial şəbəkədə paylaş