İran İsrailin şimalında yaşayanlara xəbərdarlıq edib

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı İsrailin Livanın paytaxtı Beyruta zərbə endirəcəyi təqdirdə ölkənin şimal bölgələrində yaşayan sakinləri ərazini tərk etməyə çağırıb.

IRNA agentliyinin məlumatına görə, qərargahın bəyanatında bildirilir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Beyrut və Dahiya bölgəsinə zərbələr endiriləcəyi ilə hədələyib və həmin ərazilərin sakinlərinə təxliyə çağırışı edib.

İran tərəfi İsraili atəşkəs rejimini dəfələrlə pozmaqda ittiham edib və xəbərdarlıq edib ki, əgər bu təhdid həyata keçirilərsə, İsrailin şimal bölgələrinin və hərbi yaşayış məntəqələrinin sakinləri təhlükəsizlik məqsədilə həmin əraziləri tərk etməlidirlər.

Bəyanatda qeyd olunub ki, əks halda həmin şəxslər mümkün təhlükə və zərər riski ilə üzləşə bilərlər.
  • Sosial şəbəkədə paylaş