Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır bildirib ki, MIYOKA layihəsi çərçivəsində NASA-nın 5 astronavtı əməliyyat hazırlığı prosesləri zamanı bilavasitə “TÜBİTAK UZAY” mütəxəssisləri tərəfindən aparılan təlimdə iştirak edib.
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, nazir, həmçinin Salda gölünün aşağı işıq çirklənməsi səviyyəsi və atmosfer müşahidə imkanları səbəbindən astronomiya və kosmik elmi fəaliyyətləri üçün potensialının yaxından izlənildiyini və TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası) tərəfindən Elm Mərkəzləri Proqramları çərçivəsində Burdurda genişmiqyaslı elm mərkəzinin yaradılması üçün işlərin davam etdiyini bildirib.
Onun sözlərinə görə, Burdur vilayətindəki Salda gölü sahilində elm mərkəzinin yaradılması layihəsi çərçivəsində “TÜBİTAK UZAY” elm festivalı və seminarı proqramında fəal iştirak edəcək. “Saldadan Marsa həyat izlərinin izlənməsi” devizi altında təşkil edilən tədbirdə gölün geoloji əhəmiyyəti, Marsla oxşarlıqları və qorunması müzakirə ediləcək. Bu tədbir gələcək layihələr üçün yol xəritələrinin yaradılması baxımından əhəmiyyətlidir”, -deyə Kacır bildirib.
Nazir astronavt missiyası çərçivəsində NASA ilə birgə tədqiqatların aparıldığını və “TÜBİTAK UZAY” tərəfindən həyata keçirilən Türk Astronavt və Elm Missiyası çərçivəsində elmi təcrübələrin həyata keçirildiyini bildirib. O əlavə edib: “NASA və “Axiom Space” ilə əməkdaşlıq şəraitində həyata keçirilən MIYOKA layihəsi çərçivəsində əməliyyat hazırlığı proseslərində NASA-nın 5 astronavtı bilavasitə “TÜBİTAK UZAY” mütəxəssisləri tərəfindən təlim keçib. Bu layihə üzrə beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində texniki məlumat mübadiləsi, təlim fəaliyyətləri və missiya hazırlıqları həyata keçirilir”.