Rusiya və ABŞ sabah Berinq boğazından keçən tunel haqqında saziş imzalayacaq

Rusiya və ABŞ Berinq boğazından keçən - Çukotka ilə Alyaska arasında tunelin layihələndirilməsi üzrə saziş imzalayacaq.

Rusiya mediasının xəbərinə görə, bu barədə Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə bildirib.

“Bu, ölkələrimiz arasında ən böyük infrastruktur layihələrindən biri olacaq”, - o qeyd edib.

Dmitriyev qeyd edib ki, sabah tunelin layihələndirmə işlərinin davam etdirilməsi barədə saziş imzalanacaq.
  • Sosial şəbəkədə paylaş