ABŞ Hörmüzü minalardan təmizləyib

ABŞ ordusu Hörmüz boğazında mina axtaran gəmilərllə mina təmizləmə işini artıq əsasən başa çatdırıb.

Bunu Ağ Evdə jurnalistlərə prezident Donald Tramp deyib. O bildirib ki, ABŞ və İran arasında razılıq əldə olunarsa, Hörmüz boğazı "dərhal açılacaq": "Boğaz dərhal açılacaq və biz artıq mina axtaran gəmilərimizlə minatəmizləməni əsasən başa çatdırmışıq. Yüksək texnologiyalı mina axtaran gəmilərimiz var".
  • Sosial şəbəkədə paylaş