Yeni rus avtomobili

Rusiyada 255 min manatlıq yeni premium avtomobil təqdim olunub.

Söhbət Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda nümayiş etdirilən “Senat 900” sedan modelindən gedir.

Avtomobilin qiymətinin 12 milyon rubldan, yəni təxminən 255 min manatdan başlayacağı bildirilir. Model keçmiş Toyota zavodunun Sankt-Peterburqun Şuşarı qəsəbəsində yerləşən istehsal sahələrində yığılıb.

Məlumata görə, “Senat 900” Çinin “Hongqi H9” avtomobili əsasında hazırlanıb. “Hongqi H9” Çində satılan premium sedanlardan biridir və onun bazar qiyməti təxminən 4 milyon rubl, yəni 85 min manat təşkil edir. Beləliklə, Rusiyada təqdim olunan yeni model Çin analoqundan təxminən üç dəfə baha qiymətə satışa çıxarılacaq.

“Senat 900” 3 litrlik V6 tipli benzin mühərriki ilə təchiz olunub. Mühərrikin gücü 326 at qüvvəsidir.
  • Sosial şəbəkədə paylaş