Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb.

Jurnalistlərə verdiyi açıqlamada Livanda atəşkəslə bağlı vəziyyətin yaxşılaşdığını və gərginliyin qarşısının alındığını söyləyib. Həmçinin ABŞ-ın məqsədinin Livandakı vəziyyəti sabitləşdirmək olduğunu bildirib.

İranla danışıqlara toxunan Vens deyib ki, məqsəd bir tərəfdən nümayəndə heyətlərinin rəhbərləri arasında yüksək siyasi səviyyədə müzakirələr aparmaq, digər tərəfdən isə işçi qrupları səviyyəsində danışıqlar üçün çərçivə yaratmaqdır.

Vens əlavə edib ki, ABŞ danışıqların həm İranın nüvə məsələsini, həm də Livanda atəşkəsi əhatə etməsini istəyir.
  • Sosial şəbəkədə paylaş