ABŞ prezidenti Donald Trampla İtaliya baş naziri Corcia Meloni arasında yeni söz atışması baş verib.
Buna Trampın Truth Socila-da yenidən Melonini onunla şəkil şəkdirmək istəyində olduğunu yazması səbəb olub:
"İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G-7 görüşündə dəfələrlə mənimlə şəkil çəkdirməyimi istədi. Onun İtaliyadakı populyarlığı azalır, bəlkə də o, həqiqətən İtaliyanı sevən və qoruyan bir ölkə olan ABŞ-ı rədd etdiyi üçün. İndi, ABŞ İran üzərində hərbi qələbə qazandıqdan sonra, o, "reytinqlərini" artırmaq üçün yenidən dostluq istəyir. Xeyr, təşəkkür edirəm!!!"
İtaliyanın Baş naziri isə bu paylaşıma dərhal İnstagram-da cavab verərək, onun populyarlığının Donald Trampın işi olmadığını bildirib, Trampa öz reytinqinin qeydinə qalmağı məsləhət görüb: "Mənim populyarlığıma gəldikdə isə, sizinlə dost olmağım ona heç bir kömək etməyib və bu, sizinlə münasibətimdən deyil, milli maraqları müdafiə etmək qabiliyyətimdən asılıdır. Hər halda, mənim populyarlığım sizin işiniz deyil; sizə öz maraqlarınıza diqqət yetirməyi məsləhət görürəm".
O, həmçinin İrana qarşı əməliyyat zamanı Amerika təyyarələrinin İtaliyadakı bazalara girişinin qadağan edilməsi məsələsini qaldırıb. Meloni bazaların istifadəsinin Romanın həmişə hörmət etdiyi mövcud müqavilələrlə tənzimləndiyini izah edərək cavab verib: "Bu əsassız hücumlar mənasızdır".
ABŞ prezidenti əvvəllər bütün Avropa liderləri kimi Melonini də "İran və Hörmüz boğazı ilə bağlı" kömək etmək istəməməkdə günahlandırmışdı. İtaliya baş nazirinin Papa XIV Leonu açıq şəkildə müdafiə edərək Amerika liderinin onun haqqında dediklərini qəbuledilməz adlandırması gərginliyi daha da artırdı. Meloni əvvəllər Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyü Trampı tənqid etməkdən yayınmışdı. Aİ-də İtaliya baş naziri Amerika prezidentinə ən yaxın Avropa liderlərindən biri hesab olunurdu və buna görə tənqid olunurdu.