Ursula Fon der Lyayen Ermənistana səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen gələn həftə Ermənistana rəsmi səfər etməyə hazırlaşır.

Ermənistan KİV-lərinin məlumatına görə, səfərin iyulun 1-də baş tutması planlaşdırılır.

Səfərdə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos da iştirak edəcək. Tərəflər arasında keçiriləcək görüşlərdə Ermənistan-Aİ əməkdaşlığının gələcək perspektivləri, iqtisadi və siyasi əlaqələrin inkişafı, eləcə də regiondakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

Rəsmi proqram hələ açıqlanmasa da, səfərin Ermənistanla Avropa İttifaqı arasında son dövrdə fəallaşan münasibətlərə yeni təkan verəcəyi bildirilir.
  • Sosial şəbəkədə paylaş