Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub

Almaniyanın Hessen əyalətində kiçikmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

Vatsenborn-Ştaynberq yaşayış məntəqəsi yaxınlığında planer aerodromunun ətrafında baş verən qəzadan sonra təyyarə taxıl sahəsinə düşüb.

Qəza nəticəsində ağır xəsarət almış iki sərnişin xilasedicilər tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Polis hər iki şəxsin öldüyünü təsdiqləyib.

Hazırda qəzanın səbəbləri araşdırılır.
  • Sosial şəbəkədə paylaş