İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb

İranın qərbindəki Kürdüstan əyalətinin Bane şəhərində polisin nəzarət-buraxılış məntəqəsinə silahlı hücum olub.

Hadisə nəticəsində iki polis əməkdaşı həlak olub.

Hücum zamanı daha iki polis əməkdaşı və üç yaşlı bir qız yaralanaraq tibb müəssisələrinə çatdırılıb.
  • Sosial şəbəkədə paylaş