Rusiya ilə Ukrayna arasında müharibədə həlak olan hərbçilərin cənazələrinin növbəti mübadiləsi həyata keçirilib. Ukrayna rəsmilərinin açıqlamasına görə, Rusiya tərəfi 501 ukraynalı hərbçiyə aid olduğu bildirilən cənazələri Ukraynaya təhvil verib.
Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Mərkəzinin yaydığı məlumata əsasən, cənazələrin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün ekspertiza və identifikasiya işlərinə başlanılıb. Qurum həmçinin prosesin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Beynəlxalq Qızıl Xaç Komitəsinə (ICRC) təşəkkür edib.
Rusiya mətbuatında yayılan məlumatlara görə, mübadilə çərçivəsində Moskva Ukraynaya 501 hərbçinin cənazəsini təhvil verib, əvəzində isə 31 rus hərbçisinin cənazəsini geri qəbul edib.
Rusiya ilə Ukrayna arasında beş ildən artıqdır davam edən müharibəyə baxmayaraq, tərəflər zaman-zaman vasitəçilərin iştirakı ilə hərbi əsirlərin və həlak olan hərbçilərin cənazələrinin mübadiləsini həyata keçirirlər. Son mübadilə də bu humanitar təmasların davamı kimi qiymətləndirilir.