İran Hörmüz boğazından keçməyə cəhd göstərən Tailanda məxsus gəmiyə hücum edib

İran silahlı qüvvələri Hörmüz boğazından Tehranın icazəsi olmadan keçməyə cəhd göstərdiyi iddia edilən Tailand bayrağı altında üzən gəmiyə hücum edib.

Gəmi İran Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına əməl etməyərək boğazdan keçməyə cəhd edib. Bundan sonra İran qüvvələri gəmiyə zərbələr endirib.

Hadisə nəticəsində dəyən ziyan və ya insan tələfatı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
  • Sosial şəbəkədə paylaş