Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib

Moskvada şiddətli istilərlə bağlı xəbərdarlıq edilib.

Bu barədə RİA Novosti Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, iyulun 19-u və 20-də Moskvada havanın temperaturu 30 dərəcəyə çata bilər.

Nazirlik paytaxt sakinlərini və şəhərin qonaqlarını kölgədə qalmağa, təbii parçalardan hazırlanmış geyimlər və baş örtüklərindən istifadə etməyə və bol maye qəbul etməyə çağırıb.
  • Sosial şəbəkədə paylaş