Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər hava zərbələrinə məruz qalıb

Rusiya ordusunun Kiyev şəhərini ballistik raketlərlə vurması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.

Zərbələrin əsas hədəfi "Lukyanovka" metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.

Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.
  • Sosial şəbəkədə paylaş