Zelenski Rusiyanın kütləvi hücum statistikası elan etdi: "Bütün cinayətlərin cavabı veriləcək"

Kiyev vilayətinin Mila kəndində Rusiyanın endirdiyi zərbə və ardından baş verən güclü detonasiya (partlayış) nəticəsində həlak olanların sayısı 38 nəfərə çatıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Dövlət başçısının sözlərinə görə, ərazidə yanğınların böyük hissəsi söndürülsə də, fəlakət zonası hələ də partlamamış sursatlarla ciddi şəkildə çirklənmiş vəziyyətdə qalmaqdadır. Hadisə nəticəsində 2-si uşaq olmaqla 20 nəfər yaralanıb, 4 nəfər isə itkin düşmüş hesab olunur və onların axtarışları davam etdirilir.

Zelenski həmçinin bildirib ki, son bir həftə ərzində Rusiya Ukrayna ərazisinə 2 minə yaxın zərbə PUA-sı, 1600-dən çox aviabomba və Şimali Koreya istehsalı olan balistik raketlər də daxil olmaqla müxtəlif tipli 31 raket buraxıb. Ukrayna lideri Rusiyanın cəbhəyyanı və sərhədyanı bölgələri intensiv atəşə tutmağa davam etdiyini vurğulayaraq, "Hər bir Rusiya zərbəsinə və cinayətinə adekvat, ədalətli cavablar axtarırıq və bu cavablar mütləq veriləcək", – deyə bəyan edib.
  • Sosial şəbəkədə paylaş