Ukraynada müharibə başlanan gündən Çeçenistandan oraya 76 mindən çox döyüşçü göndərilib.
Məlumatı region rəhbəri Ramzan Kadırov Telegram kanalında açıqlayıb:
"Əziz qardaşım, Xüsusi Əməliyyatlar üzrə Regional Qərargahın rəhbəri, Çeçenistan Respublikası hökumətinin sədri Maqomed Daudov çeçen bölmələrinin məsuliyyət zonasındakı vəziyyət barədə məlumat verib. Xüsusi əməliyyatların başlanğıcından bəri Çeçenistan Respublikasından onun zonasına 76.434 döyüşçü göndərilib".
O qeyd edib ki, Çeçenistandan olan döyüşçülər onlara verilən tapşırıqları “ləyaqətlə” yerinə yetirir və yüksək effektivlik nümayiş etdirirlər.
Kadırov əlavə edib ki, Əhməd-Hacı Kadırov Regional İctimai Fondu müharibənin başlanğıcından bəri bölmələri dəstəkləmək üçün 44,196 milyard rubl ayırıb:
"Döyüşçülər daim avadanlıq, nəqliyyat, ləvazimat, rabitə vasitələri və digər zəruri ləvazimatlarla təmin olunur".