Oman sahillərində iki gəmi VURULDU

Oman sahillərində, Hörmüz boğazında Həsəb şəhərindən təxminən 4 dəniz mili qərbdə iki gəmi hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmiçiliyinin Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

Qeyd olunub ki, gəmilərdən birinin kapitanı dörd naməlum mərminin iki gəmiyə dəydiyini bildirib. Nəticədə gəmilərdən birində yanğın baş verib. İkinci gəminin vəziyyəti barədə isə hələlik məlumat yoxdur.

Hadisə məlumatı verən gəminin mövqeyindən təxminən 6 dəniz mili şimalda baş verib. Hazırda insidentlə bağlı araşdırma aparılır.

UKMTO bölgədən keçən digər gəmiləri ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.
  • Sosial şəbəkədə paylaş