İsrailli nazirdən Avropaya ŞOK TƏKLİF: "Qəzza fələstinlilərini öz ölkələrinizə yerləşdirin"

İsrailin Maliyyə naziri Bezalel Smotriç Qəzza zolağında yaşayan fələstinlilərin Avropa dövlətləri arasında bölüşdürülərək köçürülməsi təklifi ilə çıxış edib.

Smotriç bəyanatında bildirib ki, Avropadakı hər bir ölkə Qəzzadan 20-30 min nəfər sakini qəbul etməyə razı olsaydı, bu problem kökündən həll olunardı: "Lakin burada açıq-aşkar Avropanın və əlbəttə ki, Misirin ikiüzlülüyü mövcuddur. İnsanları böyük sayda öz ərazisinə qəbul etməyə hazır olan heç bir ölkə yoxdur".

İsrail rəsmisi bəyanatını daha da kəskinləşdirərək iddia edib ki, nəsillər boyu antitürk və anti-İsrail ruhunda tərbiyə olunmuş insan kütləsinin həmin ərazidə qalması mümkün deyil: "Yekun olaraq, nəsillər boyu İsrailə qarşı dərin antisemit nifrəti ilə tərbiyə olunmuş iki milyon nasist orada yaşaya bilməz".
  • Sosial şəbəkədə paylaş