Almaniyanın paytaxtı Berlində keçirilən seçkilərin əsas siması türk əsilli hüquqşünas və siyasətçi Elif Eralp olub.
Elif Eralp 1981-ci ildə Münhendə dünyaya gəlib. Onun valideynləri Türkiyədə sosialist və həmkarlar ittifaqı fəaliyyətində iştirak edib, 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra Almaniyaya sığınıblar. Anası Almaniyaya gedərkən Elifə hamilə olub.
Eralp Hamburq Universitetində hüquq təhsili alıb. Hüquq sahəsində hazırlıq dövründə Hamburq məhkəmələrində, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Berlindəki strukturunda və Almaniyanın Ottavadakı səfirliyində təcrübə keçib.
2010-cu ildə Berlinə köçən Eralp Almaniya Federal Məclisində Sol Partiyanın – Die Linke-nin parlament fraksiyasında hüquq siyasəti üzrə məsləhətçi işləməyə başlayıb. 2017-ci ildə Die Linke-yə üzv olub, 2018-ci ildən partiyanın Berlin rəhbərliyində fəaliyyət göstərib. 2021-ci ildən Berlin Əyalət Məclisinin deputatıdır.
2026-cı il seçkisində Die Linke Elif Eralpı Berlin üzrə əsas namizəd və şəhərin meri vəzifəsinə namizəd kimi irəli sürüb. Onun rəhbərliyi ilə partiya seçkidə birinci yerə çıxıb.
Eralpın siyasi fəaliyyətinin əsas istiqamətlərindən biri irqçilik və ayrı-seçkiliklə mübarizədir. O, Almaniyada uzun illər yaşayan, lakin vətəndaşlıq səbəbindən yerli seçkilərdə iştirak edə bilməyən miqrantların səsvermə hüquqlarının genişləndirilməsini də müdafiə edir. Eralp bu məsələyə atasını nümunə göstərərək, 40 ildir Almaniyada yaşayan atasının səs verə bilməməsini qəbuledilməz hesab etdiyini bildirib.
Seçkidən sonra Eralp və tərəfdarları “Antifaşist həyəcan” şüarı səsləndiriblər.
Onun seçki kampaniyasının ən mühüm mövzularından biri Berlində mənzil və kirayə böhranı olub. Eralp artan kirayə qiymətlərinə qarşı “kirayə tavanı” tətbiq edilməsini, dövlətə məxsus mənzil şirkətlərində kirayələrin məhdudlaşdırılmasını, kirayəçiləri yüksək qiymətlərdən qoruyacaq xüsusi dövlət qurumunun yaradılmasını və daha çox sosial mənzil tikilməsini müdafiə edir.
Elif Eralp həyat yoldaşı və iki övladı ilə Berlinin Kreuzberg rayonunda kirayə mənzildə yaşayır.