Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 60 günlük atəşkəsə razılaşacağı təqdirdə, Ukrayna prezident seçkiləri keçirməyə hazırdır.

Zelenski bu barədə açıqlamasında danışıb.

“Əgər Prezident Tramp həqiqətən seçkilərin keçirilməsini istəyirsə, Putinə desin ki, bizə iki aylıq tam atəşkəs təmin etsin və biz seçkiləri keçirək. Əlbəttə, Ukrayna xalqının istənilən seçimini qəbul etməyə hazır olacağıq”, – deyə Zelenski bildirib.

Zelenskinin bu açıqlaması ABŞ Prezidenti Donald Trampın Ukrayna xalqını yeni lider seçməyə açıq şəkildə çağırmasından sonra səsləndirilib.

Ukrayna Prezidenti müharibə şəraitində seçkilərin keçirilməsinin olduqca çətin olduğunu vurğulayıb. Bununla belə, Zelenski bildirib ki, Putin 60 günlük tam atəşkəsə razılaşarsa, Ukraynada seçkilərin keçirilməsi mümkün olacaq.
  • Sosial şəbəkədə paylaş